Qısa sarı saçları ilə tanınan ulduz Amber Rose qara və uzun pariklə hər kəsi çaşdırıb.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, 31 yaşlı Rose rəfiqəsi Blac Chyna ilə birlikdə gecə klublarından birində görüntülənib. O, paparassiləri çaşdırmaq üçün qara və uzun parikdən istifadə edib.

Teleulduz demək olar ki, məqsədinə çatıb. Uzun saçları ilə hər kəsi təəccübləndirməyi bacarıb.

İnstagram fenomenlərindən olan Amber Rose 7 milyondan çox izləyicisinə parikli pozalarını paylaşıb. Onun bu paylaşımı 300 minə yaxın “bəyənmə” (“like”) qazanıb.

Aytən Sadıqzadə
www.oxu.az