Amerikalı aktyor, yumor ustası Bill Cosby haqqındakı sensasiyalı xəbərlər səngimək bilmir.
Oxu.Az əcnəbi mətbuata istinadən xəbər verir ki, keçmiş model Janice Dickinson açıqlamasında 32 il əvvəl Bill Cosby tərəfindən təcavüzə məruz qaldığını söyləyib. Modelin sözlərinə görə, 1982-ci ildə işi ilə əlaqədar Cosby ilə Nevada əyalətindəki Tahoe gölü ətrafındakı evdə görüşüb.
Yumoristin ona zorla spirtli içki və narkotik verdiyini söyləyən Janice Dickinson deyib:
“Mən onun təcavüzünə uğrayan 15-ci qadınam”.
Lakin aktyorun vəkili olanları yalan adlandırıb.
Qeyd edək ki, Dickinson bir ayda Bill Cosby tərəfindən təcavüzə məruz qalan üçüncü qadındır.