Ana olmağa hazırlaşan əməkdar artist Manana Çaparidze yeni klipini təqdim edib.
Oxu.Az xəbər verir ki, “Gözlərin danışsın” adlı mahnının sözləri İkram Əliyevə, musiqisi Nailə Mirməmmədliyə məxsusdur. Klipi rejissor Nail Naiboğlu ərsəyə gətirib. Mahnının aranjimanı isə Givi Usenaşviliyə aiddir.
Qeyd edək ki, bir qız övladı olan Manana 6 aylıq hamilədir. Müğənni ikinci övladının oğlan olacağını söyləyib.
Aytən Sadıqzadə
www.oxu.az