Aktrisa Angelina Jolie, aktyor həyat yoldaşı Brad Pitt və cütlüyün altı uşağı “Vogue” dərgisinin noyabr sayı üçün obyektiv qarşısına keçib.

Oxu.Az xəbər verir ki, Maddox, Pax, Zahara, Shiloh, Knox və Vivienne-in gülümsəyərək analarının əlindən tutduğu foto böyük maraq doğurub.


Dərginin noyabr sayında Angelina Jolie haqqında dərin araşdırma yer alıb. Aktrisanın niyə 50 yaşını dörd gözlə gözləməsi sualı da bu sayda öz cavabını tapıb.

Aytən Sadıqzadə
www.oxu.az