Türkiyədə “Ankaralı Namiq” adıyla tanınan sənətçi Namiq Uğurlu intihar edib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni özünü 7-ci mərtəbədə yerləşən evinin eyvanından yerə atıb. Xəstəxanaya çatdırılan Uğurlunun həyatını xilas etmək mümkün olmayıb.
O, sentyabrın 19-u həyat yoldaşı Nebahat Uğurlu ilə qəzaya düşmüşdü. Avtomobili qayaya çırpılan sənətçi və xanımı ağır yaralanmışdı.