ANS TV-nin “Günə Baxan” verilişinin bugünkü efiri çox pozitiv və xoş bayram ab-havası ilə başlayıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, rəqqasə Rəna Ağamuradovanın oriyental rəqsi tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Rəqs bitdikdən sonra isə onlar alqış sədaları ilə rəqqasəni səhnədən yola salıblar.
Daha sonra isə xoş söhbətlər və dadlı təamların hazırlanması bu pozitivliyi davam etdirib.
Hazırda veriliş canlı yayımda davam edir.