“İş həmişə var” verilişi bu həftəki buraxılışını yol tikintisinə həsr edib.
Oxu.Az xəbər verir ki, gənc aparıcı Fərid Rəsul paytaxtın Ziya Bünyadov prospektində aparılan tikintidə, eləcə də həmin ərazidə yolun asfaltlanması prosesində iştirak edib.
Qeyd edək ki, proqramın müəllifi və aparıcısı Fərid Rəsul, redaktorları Lalə Əliyeva, Zəhra Rüstəm Osmanova, rejissoru Tofiq Babayev, prodüseri Azad Əlizadədir.
Verilişə mayın 11-i saat 13.15-də ATV-də baxa bilərsiniz.
“İş həmişə var”ın informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyidir.
Aytən Sadıqzadə
www.oxu.az