Müğənni Nadir Qafarzadə “Qonaq gəl bizə” verilişində pərt olub.
Oxu.Az xəbər verir ki, aparıcı Elcanın “sən skeptiksən?” sualına cavab verməkdən boyun qaçıran müğənni “Elcan, çəkilişi durdur” deyib. Çünki N.Qafarzadə skeptik sözünün mənasını anlamayıb.
Nadir Qafarzadə üçün skeptik sözünün mənasını bildirək. Gerçəklərə bağlı, paranormal hadisələrin elmi həllərini və meyarlarını araşdıran kimsə. Ümumiyyətlə, parapsixoloqlar tərəfindən araşdırılan hadisələrin məntiqli və elmi şərhlərini tapmağa çalışan insanlara skeptik deyilir (atvxeber.az).