Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Artıq başqasına məxsusdur" - Castin Biber həyat yoldaşı ilə bağlı qalmaqallı paylaşım etdi və sildi
Məşhur müğənni Castin Biber sosial şəbəkədə etdiyi paylaşımda həyat yoldaşı Heyli Biberin ona xəyanət etdiyinə işarə edib.
Oxu.Az xəbər verir ki, sənətçi "Instagram" hesabında yazdığı emosional açıqlamada keçmişə dair peşmanlığını ifadə edib:
"Bəlkə də başqa bir həyatda hər şey istədiyimiz kimi olardı. Kaş ki onu heç tanımazdım. Ona olan sevgimə baxmayaraq, indi o, artıq başqasına məxsusdur", - deyə o qeyd edib.
Bu paylaşım bir neçə dəqiqə sonra silinsə də, sosial media istifadəçiləri artıq onu ekran görüntüsünə alaraq yayıblar. Heyli Biber isə bu açıqlamaya hələlik heç bir reaksiya verməyib.
Sosial şəbəkələrdə bu paylaşım Biberlərin münasibətində problemlərin olduğuna dair söz-söhbətlərə səbəb olub. İnsanlar paylaşımın həqiqi etiraf olub-olmaması barədə müzakirə aparırlar.
"Heyli Biber" teqi üzrə xəbərlər
- Ulduz üçbucağında qalmaqal: Selena Qomes və Heyli Biber virtual əlaqəni kəsdilər
- Kaliforniyada Heyli Biberin bir milyardlıq sərvəti RİSK ALTINDA
- Heyli Biber özünün kosmetika brendini satdı
- Castin Biberin şəxsi həyatı ifşa olundu: "Bir-birinə düşməndirlər"
- "Sən kim olduğunu bilirsən" - Selena Qomezdən Heyli Biberə gözlənilməz ismarış