“Ata ocağı” serialının aktrisası Asya Atakişiyevanın nişan mərasimi olub.
Oxu.Az xəbər verir ki, aktrisa həmkarı, Akademik Musiqili Teatrın aktyoru Əmrah Dadaşovla nişanlanıb.
Cütlüyün nişan mərasimi təmtəraqlı şəkildə restoranların birində qeyd edilib.
Xatırladaq ki, bir müddət öncə cütlüyün “hə” mərasimi olmuşdu.
Qeyd edək ki, Asya Atakişiyeva “Ata ocağı” serialında Bənövşə obrazı ilə məşhurlaşıb. Hazırda aktrisa Gənc Tamaşaçılar Teatrında çalışır.

Sevinc Yasinqızı