Türkiyəli müğənni Nihat Doğan canlı yayımda studiyadakıları ağladıb.
Oxu.Az xəbər verir ki, Nihat Doğan aparıcılığını Çağla Şikəl və Alişanın etdiyi “Hər şey daxil” verilişinə qonaq olub.
Verilişdə “atalar günü” mövzusunda danışan müğənni hamını ağladıb və tamaşaçılar göz yaşlarını saxlaya bilməyiblər.
11 yaşında atasını itirən ifaçı yaşadığı çətinlikləri danışdıqca, özü də ağlayıb.