Corab markası “Penti”nin siması olan türkiyəli müğənni Atiyə həmkarı Hadisənin çəkildiyi adıçəkilən reklam firmasıyla razılıq əldə edərək rəqibinin aldığı məbləğdən 4 dəfə az qonorara razılaşıb.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Hadisənin 2 milyon 250 min lirəyə imzaladığı müqaviləni Atiyə 500 min lirəyə qəbul edib.
Atiyə açıqlamasında bunları deyib:
“Hər qadın ayağına çox diqqət göstərir. Corab yaxşı bir kombin üçün son toxunuş deməkdir. Fərqli corablar və taytlar geyinməyi sevirəm. Gözəl alt geyimləri geyinmək qadını daha gözəl və daha seksual hiss etdirir”.