"Hadisə ötən gün saat 14:10-da Bakı-Şamaxı yolunun 11-ci kilometrliyində baş verib".
Bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polis İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev verib.
O qeyd edib ki, sürücü hərəkət zamanı sürət həddini doğru seçməyib və manevr qaydalarını pozub.
"Nəticədə avtomobil yolun əks istiqamətində olan yanacaqdoldurma məntəqəsinin qarşısındakı işıq dirəyinə çırpılıb. Qəzada sürücü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır".
Qeyd edək ki, ilkin məlumatda hadisənin Bakının Səbail rayonu ərazisində baş verdiyi bildirilmişdi.
23:18
ATV-nin hava proqramının aparıcısı Şənay Mustafayeva avtomobili ilə qəzaya uğrayıb.
"Primetime" xəbər verir ki, hadisə bu gün Səbail rayonu ərazisində baş verib.
Məlumata görə, o bu gün "Nissan" markalı avtomobilini aşırıb.
Şənay xəstəxanaya çatdırılıb. O, üzündən zədə alıb və sümükləri sınıb.
Əzizə İsmayılova