Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Avroviziya-2024”ün niderlandlı favoriti dava etdiyi üçün müsabiqədən diskvalifikasiya edildi - YENİLƏNİB
“Avroviziya-2024” mahnı müsabiqəsinin iştirakçısı müğənni Yost Klayn rəsmən diskvalifikasiya edilib.
Bu barədə Avropa Yayım Birliyi (EBU) məlumat yayıb.
Müsabiqənin təşkilatçıları Klaynın şounun finalında iştirak etməyəcəyini təsdiqləyiblər.
“İsveç polisi cümə axşamı gecəsi Klaynın yarımfinalda çıxışından sonra baş vermiş insidentdən sonra çəkiliş qrupunun qadın üzvünün şikayətini araşdırır. Məhkəmə davam etdiyi halda onun müsabiqədə iştirakını davam etdirməsi yersiz olardı”, - deyə EBU-dan bildirilib.
Təşkilatçıların sözlərinə görə, hadisədə başqa artistlərin iştirakı olmayıb:
“Tədbirimizdə qeyri-münasib davranışa qarşı sıfır dözümlülük siyasətimiz var, yarışın bütün heyəti üçün təhlükəsiz iş mühiti təmin etməyə sadiqik. Bu baxımdan, Yost Klaynın komanda üzvünə qarşı davranışı yarış qaydalarının pozulması kimi qiymətləndirilir”, - deyə təşkilatçılar əlavə ediblər.
NOS agentliyinin məlumatına görə, mayın 10-da Klayn İsveç polisi tərəfindən dindirilib və iş prokurorluğa verilib.
10:11
“Avroviziya-2024”ün Niderlanddan olan ifaçısı Yost Klayn müsabiqənin münsiflər heyətinin şousunda iştirak edə bilməyəcək. O, müsabiqədən uzaqlaşdırılıb.
Bu barədə tədbirin təşkilatçısı olan Avropa Yayım Birliyi (EBU) məlumat yayıb.
Qərara səbəb kimi pərdəarxası baş verən hadisə göstərilir, ancaq təfərrüat açıqlanmır. Sadəcə o məlumdur ki, EBU insidentlə bağlı araşdırmaya başlayıb.
İsveç mətbuatının məlumatına görə, müğənni ya fotoqrafla, ya da prodüserlə qarşıdurmaya girib.
Eyni zamanda, hələlik Niderlandın yarışdan diskvalifikasiyasının müzakirə olunmadığı vurğulanıb.
Xatırladaq ki, İsveçdə “Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb.
Mənbə: RIA Novosti
Rəylər