Əməkdar artist Aybəniz Haşımova xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, müğənni bu haqda sosial şəbəkədə məlumat verib:
“Əzizlərim, indi bəzi hörmətli jurnalist dostların yalnış yazdığı xəbəri almışam. Guya əməliyyat olunacağam. Tamamilə yanlış məlumatdır. Sadəcə axşam təzyiqimlə bağlı Diaqnostika Mərkəzinə yerləşdirildim. Bu gün Allahın köməyilə evə gedəcəyəm. Bu arada Diaqnostika Mərkəzinin rəhbərliyinə, Rəşad doktora və bütün tibbi personala təşəkkür edirəm. Sizi çox sevirəm”.

Aytən Sadıqzadə
www.oxu.az