“Azərbaycanın Xalq artisti” fəxri adı 85 il əvvəl, 1928-ci ildə, o zamankı Azərbaycan Sovet Sosialist Respublikasında təsis edilib. Və bu adı ilk olaraq əfsanəvi azərbaycanlı tarzən Qurban Pirimov alıb.
Yəqin, bir neçə onilliklər sonra bu adın daşıyıcıları olan gələcək nəsillərin nələr edəcəyini bilsəydi, ustad sənətkar çox kədərlənərdi. Çox təəssüf ki, bugünkü artistlər səhnədə deyil, ondan kənarda yaradırlar və bu “yaradıcılıq” xalqı onların doğurdanda XALQ artisti olub-olmadıqları barədə düşünməyə vadar edir, çünki bu şəxslərin sözləri və hərəkətləri xalq tərəfindən daha çox pislənir, nəinki təqdir olunur.
Belə adın sahibləri sadə vətəndaşlar və ilk növbədə onları öz kumiri seçən, hər bir şeydə onların nümunəsini rəhbər tutmağa hazır olan gənclər üçün nümunə olmalıdırlar. Bəs artıq beşinci ildir ki bu yüksək adı daşıyan Azərbaycanın xalq artisti Aygün Kazımova ölkəmizin gənc nəslinə hansı nümunəni göstərir?
Sual yaranır: Aygünün digər xalq artisti Brilliant Dadaşova ilə ictimai debatlara başlaması nəyə lazım idi axı? Yalnız ona görə ki, Dadaşova Kazımovanın qazana bilməyəcəyi nominasiyada iştirakı ilə bağlı təəssüf hisslərini ifadə etdiyi üçün?
Elə Brilliant Dadaşova da geri qalmır – axı o, öz rəyini ictimai şəkildə deyil, həmkarına zəng edərək, bir rəfiqə kimi söyləyə bilərdi. Lakin o, “biz heç zaman rəfiqə olmamışıq” dedi, sosial şəbəkələrdə həmkarı haqqında müxtəlif əxlaqsız sözlər yazdı, sonra isə yazılanlardan boyun qaçırmağa başladı.
Hər iki müğənni dərk etməlidir ki, onların fanatları və sadəcə yaradıcılıqlarına pərəstiş edənlər onlardan NÜMUNƏ götürürlər! Və bu nümunə təkcə “Aygün və ya Brilliant kimi geyinməkdən”, eyni üslubda saç düzü etməkdən deyil, həm də davranış normaları, danışıq tərzindən ibarətdir. Müğənnilər anlamalıdılar ki, onlara təkcə BAXMIRLAR, həm də DİNLƏYİRLƏR. Və təkcə fanatlar deyil, həm də bu fanatların valideynləri dinləyirlər. Bu valideynlər isə uşaqlarının BELƏ SÖHBƏTLƏRƏ qulaq asmasına yol verə bilməzlər. Nəticədə valideynlər və onların uşaqları arasında münaqişə yaranır. Burada başlıca günahkar isə faydalı həyati məsləhətlər vermək əvəzinə çox sürətlə başqalarına təsir edən pis nümunə göstərən müğənnilər günahkardırlar. Gənclər isə həyati dəyərlər qazanmaq əvəzinə, hər şeydə öz kumirlərinə oxşamağa çalışaraq, özlərində olan dəyərləri də itirir və tamamilə başqa prioritetlərə üstünlük verirlər. O cümlədən də, kumirlərinin bir stakan suda tufan qaldırmaq bacarığına.
Yenə də, Brilliant Dadaşova öz rəyini ictimai şəkildə deyil, Aygünə zəng edərək bildirə bilərdi... Ən maraqlısı isə odur ki, Brilliant Dadaşova HƏR İKİ həmkarı ilə bağlı təəssüfünü bildirsə də, nə üçünsə məsələni qızışdıran Kazımova oldu? Və o vaxtdan “təkqapı oyun” davam edir – Aygünün cəmi üç-dörd ay əvvəl az qala ilahiləşdirdiyi keçmiş rəfiqəsinin qapısına yönəlik oyun. Öz növbəsində, Brilliant Dadaşova daha susmağa üstünlük verir.
Sual yaranır – bütün bunlar ona NƏ ÜÇÜN lazım idi? Bütün bunlar Aygün Kazımova və Brilliant Dadaşovaya nə verdi? Onların fanatlarının sevgisi və ya sayını artırdı? Şübhə edirəm. Onlara şöhrət gətirdi? Axı BELƏ şöhrət YARADICI insana lazım deyil.
Bəs o zaman hətta yeni başlayan artistlərə şərəf gətirməyəcək bütün bu düşmənçilik, şaiyələr, bir-birinə atmacalar nəyə lazımdır? Yoxsa müğənnilər bu yolla özlərini təsdiqləməyə ehtiyac duyurlar?
Biz istəmirik ki, bizim XALQ artistlərimiz səhnədə özlərini səhnədə qəfil arıqlama, sözləşmə, bir-birinə badə atmaqla təsdiqləmələrini istəmirik. Biz istəmirik ki, onlar kameralar qarşısına xoşagəlməyən görkəmdə çıxsınlar. Hörmətli ifaçılar, biz bir şeyi istəyirik – sizlərin necə OXUMAĞINIZI. Düz deyilmi, cənablar?
www.day.az
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin