Xalq artisti Aygün Kazımova ailə qurmaq fikrinə düşüb.
Oxu.Az xəbər verir ki, diva bu haqda ATV telekanalında yayımlanan “10lar” verilişinə açıqlama verib:
“7 il sevgi yaşadıq, sonra çamadanlarını yığıb yola saldım. Qalana məhəbbət, gedənə sağ ol. Bizim həyatımızda nankor insanlar olmamalıdır”.
Müğənni “Yenidən ailə qurmaq istəyərsinizmi?” sualına isə belə cavab verib:
“Mən ailə qurmaq istəyirəm. Aşiq olmaq istəyirəm. Kimə aşiq olum? Axtarıram tapa bilmirəm”.
Aytən Sadıqzadə
www.oxu.az