Xalq artisti Aygün Kazımova sosial şəbəkədə çimərlik geyimində videosunu paylaşıb.
Oxu.Az xəbər verir ki, müğənni paylaşımına “Sabahınız xeyir. Səhər tezdən saat 06.00-da sahil boyu yürüyüş. Bu, tam başqa bir hissdir. Sağlamlıq gözəllikdir” şərhini yazıb.
Qeyd edək ki, müğənni karyerasının 30 illiyi münasibətilə sentyabrın 22-də konsert proqramı ilə çıxış edəcək.
A.S.