Xalq artisti Aygün Kazımovaya diplomatik pasport verilib.
Oxu.Az AzNews.az istinadən xəbər verir ki, A.Kazımova diplomatik pasportu ötən il noyabrın 1-də əldə edib.
Xalq artisti bu günə qədər bu pasportdan 15 dəfə istifadə edib. Pasportda olan möhürlərdən bəlli olur ki, A.Kazımovanın diplomatik pasportla etdiyi səfərlər əsasən Türkiyəyə, bir dəfə isə Rusiyaya olub.
Sayt A.Kazımovanın diplomatik pasportunun seriya nömrəsini də təqdim edib: S0120909
A.Kazımovanın prodüseri Almaz Mustafayeva məlumatı təsdiqləyib. O deyib ki, həqiqətən də xalq artistinin diplomatik pasportu var.
Xatırladaq ki, qanunvericilikdə xalq artistlərinə diplomatik passportun verilməsi nəzərdə tutulmayıb. Bu baxımdan, A.Kazımovanın bu pasportu necə alması maraqlıdır.
Lakin XİN-dən haqqin.az-a bildiriblər ki, bu informasiya həqiqətə uyğun deyil.
Əvvəla, diplomatik pasportların nömrələri S deyil, D hərfi ilə başlayır. İkincisi, XİN-dən qeyd ediblər ki, Aygün Kazımova diplomatik pasport verilən şəxslər kateqoriyasına daxil deyil.