Xalq artisti Aygün Kazımova Nabranda konsert verib.
Konsert öncəsi müğənni haqqında gəzən dedi-qodulara münasibət bildirib.
Oxu.Az-ın məlumatına görə, “Onlar” verilişinə açıqlama verən diva onun adından istifadə edib, gündəmə gələnlərə bunları söyləyib:
“Bu söz-söhbətlər mənə “vız” gəlir.Hər kəs məni yaxşı tanıyır. Bilirsiniz ki, əhvalım pis olanda yalandan gülmürəm, ən acı günlərini belə tamaşaçılarımla bölüşmüşəm. Şəxsi həyatımda nə baş verirsə, hamısını danışıram.Kənardan yalan eşitməkdənsə, elə özüm düzünü deyim də...”.
Kazımova Türkiyədə gizlicə ailə qurması ilə bağlı şayiələrədən söz açıb:
“Mən ailə qursam, sizin xəbəriniz olmaz? Yalan söhbətdir, elə bir şey yoxdur”.