Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Aygün Kazımova Türkiyədə fahişəxana açıb? - VİDEO
Azərbaycanın xalq artisti Aygün Kazımovanın Türkiyədəki evində əxlaqsızlıq yuvası açıldığı xəbərləri yayılıb.
Oxu.Az xəbər verir ki, ANS-in efirində yayımlanan “Salam Azərbaycan”nın məlumatına görə, bu barədə məlumat Türkiyə mətbuatında yayılıb. İddiaya görə, Aygün Kazımovanın Türkiyədəki evində stilist Anarın model adı ilə gətirdiyi qızlar 1000 dollar müqabilində zənginlərə təklif edilir.
Amma verilişin aparıcısı Aytən Səfərova xalq artistilə əlaqə saxlandığını və bu xəbərdən Aygünün özünün belə şokda olduğunu bildirib. Canlı efirə qoşulmaq istəməyən Aygün Kazımova Türkiyədəki evində çoxlu sayda kameraların olduğunu, evinin daima nəzarətdə olduğunu, icazəsiz heç kimin evə daxil ola bilməyəcəyini deyib. Onun sözlərinə görə, onun evində heç vaxt bu qədər insan olmayıb.
“Bunu edən məni istəməyən vəzifəli bir şəxsdir. Ola bilsin nəyəsə nail ola bilməyib və ona görə də mənim qarşımda belə bir “qara piar”la məşğul olur” – deyən xalq artisti həmin vəzifəli şəxsin adını açıqlamaq istəməyib.
Rəylər