Xəbər verdiyimiz kimi müğənni Röya Ayxanın adı dünyaca məşhur musiqi mükafatı “World Music Awards 2014”-ün “Dünyanın ən yaxşı qadın sənətçisi” namizədləri arasında yer alıb.
Oxu.Az xəbər verir ki, xalq artisti A.Kazımova “World Music Awards” haqda İnstagram hesabında yazı paylaşıb:
“Bütün vəsaitimi Hollywood layihəmə qoydum. Bir az pul toplayım, gələn il 5 mükafat alacam... Darıxmayın... Namizədlərə isə uğurlar... Nə fərqi var ki, əsas Azərbaycanımızın adı ucalsın”.
Qeyd edək ki, xalq artisti ilə müğənni demək olar ki, düşmən mövqeyindədirlər. Heç bir tədbirdə üz-üzə gəlib salamlaşmırlar.