Türkiyənin TMB telekanalında yayımlanan “Fan savaşları” yarışmasının budəfəki buraxılışında xalq artisti Aygün Kazımova və müğənni Röya Ayxanın fanatları qarşı-qarşıya gələcək.
Oxu.Az xəbər verir ki, telekanalın rəsmi internet və Facebook səhifələrində həmyerlilərmizin fotoları paylaşılaraq “Azərbaycanın iki önəmli qadın ifaçısı qarşı-qarşıya gələcək!” sözləri yazılıb.
Verilişin şərtlərinə görə, fanatlar sevdikləri müğənninin adını yazaraq ona sosial şəbəkədə səs verirlər. Ən çox səs toplayan ifaçı və fanatları qalib hesab olunur. Qələbə qazanan müğənninin mahnıları və klipləri isə gün ərzində həmin telekanalda yayımlanır.
Qeyd edək ki, “Fan savaşları” həftənin hər çərşənbə axşamı, cümə axşamı və cümə günü Türkiyə vaxtilə saat 19:30-20:30 arasında, çərşənbə günü isə 18.00 - 19.00 arasında TMB-də yayımlanır.
Aygün və Röyanın “Fan savaşları”nın nəticəsi bu gün elan olunacaq.
Aytən Sadıqzadə
www.oxu.az