Xalq artisti Aygün Kazımova “Sənə xəstəyəm” adlı mahnısını təqdim edib.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, sözləri Fərdiyə, musiqisi Hakan Erola aid olan bəstənin ton-masterini Emre Kiral edib.
A.Kazımova mahnını sevgilisi – Fikrət adlı şəxsə həsr etdiyini bildirib.
Qeyd edək ki, ifaçı bir müddət əvvəl həmin şəxslə nişanlanma xəbərini vermişdi. Ötən gün isə xalq artisti ayrıldıqlarını açıqlayıb.