Müğənni Aynur Dadaşova illər əvvəl üzləşdiyi xəyanətdən danışıb.
O, dəfələrlə həyat yoldaşının xəyanətinə məruz qaldığını deyib. Sənətçi ərini sevdiyi 18 il üçün təəssüf hissi keçirdiyini ifadə edib:
“Mən həyat yoldaşımın başqa ölkədə olduğunu bilirdim. Bir dəfə işıqforda dayananda gördüm yanında gözəl bir xanım var. Avtomobilini də dəyişmişdi ki, tanımasınlar.
O qadın ona “Aynur Dadaşovaya bax” dedi. O da çevrilib mənə baxdı. Belə səhvləri çox olurdu. Amma axırıncı xəyanətində artıq onu bağışlamadım. Bir neçə il idi ki, bir xanımla yaşadığını öyrəndim”.
Ətraflı videoda: