Dünən xarici mediada məşhur aktyor Bredli Kuper ilə rusiyalı model İrina Şeyk arasında sevgi münasibətlərinin bitməsi xəbərləri yer almışdı.
Oxu.Az xəbər verir ki, cütlüyün ayrılmasına səbəb aktyorun anası göstərilmişdi.
Bu xəbərdən sonra Bredli Kuper və İrina Shayk Manhattan küçələrində əl-ələ görüntülənib.
“The Sun” qəzetinin xəbərini yalanlayan bir mənbə “E! News”a “İrina və Bredli hələ birlikdədir” açıqlamasını verib.
Qeyd edək ki, məşhur cütlük aprel ayında sevgili kimi münasibətlərinin birinci ilini qeyd edəcək.