Müğənni Aysel Əlizadə yeni fotosessiya üçün kamera qarşısına keçib.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, yeni mahnısını təqdim etməyə hazırlaşan müğənni payızın ilk fotosessiyasını da etdirdiyini bildirib:
“Yeni mahnılar üzərində çalışıram. Tezliklə tamaşaçılara təqdim edəcəm. Şəkil çəkdirməkdən xoşum gəlir. Ona görə, fotosessiyalarımın sayını artırdım. Bu şəkilləri payızın ilk foto-çəkilişi hesab edirəm. Tezliklə başqa tərzdə fotokamera önünə keçəcəm”.