Müğənni Aysel Əlizadə Türkiyədə çəkdirdiyi “Geri dönsən” klipini təqdim edib.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, sözləri Leyliyə, musiqisi İlkin Həsəniyə məxsus olan bəstənin ekran həllinin rejissoru Onur Aldoğandır.
Çəkilişlər Türkiyənin məşhur serialları - “Karadayı”, “Zaman elə keçir ki...”nin lentə alındığı pavilyonda baş tutub. “Geri dönsən”in meneceri Ləman Tağıyevadır.
Aysel Əlizadə klipdə bir neçə fərqli libasda və saç düzümündə təqdim olunub.