Açıqsözlü, zarafatcıl və şən əhval-ruhiyyə yaradan aparıcı kimi tanınan məşhur aparıcı Aytən Səfərova gözlənilməz addım atıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, ANS telekanalında yayımlanan “Salam Azərbaycan!” verilişinin sevilən aparıcısı şəxsi Facebook səhifəsini bağlamaq qərarına gəlib. Aytən Səfərova buna əsas olaraq isə sosial şəbəkədə kobud şərhlərin yazılması ilə əsaslandırıb:
“Xoşagəlməz və kobud şərhlər olurdu, bundan əlavə şəxsi həyatımla bağlı çoxlu suallar gəlirdi. Mən bir jurnalist kimi deyil, qadın olaraq sevdiyim şəxsin bir kəlməsilə səhifəmi bağlamaq qərarına gəldim. Səhifəmi bir daha nə vaxt aktiv edəcəyimi bilmirəm”.
Qeyd edək ki, “Salam Azərbaycan!” verilişi həftə içi hər gün səhər saat 7-dən 10-a qədər izləyicilərinə maraqlı xəbərləri çatdırır.