“Miss Photo Model Azerbaijan-2012” Oksana Rizayeva 1- 8 dekabrda Riqada keçiriləcək beynəlxalq gözəllik müsabiqəsi olan “Miss Top of the World”-da iştirak edəcək.
Oxu.Az Miss Azerbaijan-a istinadən xəbər verir ki, müsabiqənin proqrami çox zəngindir.
İştirakçılar möhtəşəm “Wellton Elefant Hotel”-da yerləşdiriləcəklər. Burada ilk iki gündə fotosessiyalar, mətbuat konfransları və şəxsi müsahibələr keçiriləcək.
Sonra isə gözəlləri atçılıq, atıcılıq, gecə klublarında afterparty və kazino gözləyir.
İştirakçılar gecə, kokteyl, çimərlik və milli geyimlərini nümayiş etdirəcəklər.