Azərbaycan əsilli Belarus ulduzu Günəş Abbasova ana olub.
Oxu.Az xəbər verir ki, ifaçının Gökdəniz adlı oğlu dünyaya gəlib.
Bu haqda ifaçı sosial şəbəkədə özü məlumat verib:
“Mənim ən böyük xoşbəxtliyim - Gökdeniz Cingöz dünyaya gəlib. Boyu 53 sm, çəkisi 3.5 kq-dır. Yaşadığımız hissləri çatdırmaq çox çətindir. Həyat yoldaşım Gökhan Cingözə, tibb işçilərinə təşəkkür edirəm. Mən xoşbəxt anayam”.
Qeyd edək ki, müğənni Günəş Abbasova ilə türkiyəli futbolçu Gökhan Cingözün toyu ötən ilin iyun ayının 20-də olub.
Aytən Sadıqzadə
www.oxu.az