İyun ayında Belarusda yaşayan azərbaycanlı müğənni Günəş Abbasova ilə türkiyəli futbolçu Gökhan Cingözün toy mərasimi olacaq.
Oxu.Az xarici mətbuata istinadla xəbər verir ki, Günəşlə Gökhan sosial şəbəkədə tanış olublar. Gökhan ilk dəfə Günəşi İstanbulda keçirilən mahnı müsabiqələrinin birində bəyənib. Daha sonra onu sosial şəbəkə vaistəsilə axtarmağa başlayıb. Gökhan əvvəllər Türkiyənin “Qalatasaray” futbol komandasının üzvü olub. Hazırda o, Kiprdə yaşayır.
Cütlüyün toyu 20 iyunda İstanbulda baş tutacaq.