Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan gözəli Honq Konqda - FOTO
Noyabrın 12-dən Honq Konqda start verilən “Miss Model of the World 2014” beynəlxalq model müsabiqəsinə təmsilçimiz layiqincə hazırlaşır.
Oxu.Az-a bu haqda məlumatı “AES Group”un prezidenti, tanınmış təşkilatçı Aqil Məmiyev verib. Onun sözlərinə görə, “Miss Model of the World - 2014” yarışmasına qatılan 21 yaşlı model Kamilla Ələkbərova artıq bir həftəyə yaxındır ki, Honq Konqdadır.
Qeyd edək ki, yarışmanın İnternational direktoru “World Beauty Congrens”in prezidenti Zamir Hüseynov, Azərbaycan üzrə təşkilatçısı isə Aqil Məmiyevdir.
Aytən Sadıqzadə
Ən çox oxunanlar