Kreditsiz 140 minlik son model avtomobil sürən həmin müğənninin kimliyini biləndə təəccüblənəcəksiniz.
Oxu.Az gecce.az-a istinadla xəbər verir ki, “ATV maqazin” verilişinə müsahibə verən xanəndə Elnarə Abdullayeva, var-dövləti haqda bu vaxta qədər demədiklərini etiraf edib. Söylədiklərin əsasən milyon sahibi olan xanım sənətçi, həyata keçirdiyi xeyriyyəçi işdən söz açıb:
“Kəndə su çəkdirirəm. Keçən il olduğu kimi, bu il də dincəlmədim. Nə qədər ki, Allah bizə o imkanı verib, istədik birinci bunu həyata keçirək, sonra Allah qismət etsə dincəlmək də olacaq. Bu Allah rızası ilə görülən işdir və mən buna çox sevinirəm”.
Müsahibə zamanı yeni avtomobilindən də danışan xanəndə, etdiyi bu etirafla böyük maraq doğurub:
“Mənim maşınlarım kreditə olmayıb. Amma mənim son model maşınım var. Maşınım “Lexus Sport”-dur. Qiyməti 140 mindir. Amma bunlar mənim üçün boş şeylərdir. “Zaparoji”də də gedərəm mən”.