Azərbaycan telekanallarından birində günün günorta vaxtında erotik səhnələr əks olunan teleserial yayımlanıb.
Oxu.Az xəbər verir ki, yataq səhnəsi əks olunan “Qız yükü” adlandırılan teleserial bu gün ATV kanalında yayımlanıb.
Teleserialda qəhrəmanlar bir-birinə ehtiraslı toxunaraq söhbətləşirlər, daha sonra isə oğlan qıza bu xidmətə görə nə az, nə çox düz 200 manat pul verir. Yataq səhnəsində iştirak edən qız isə “day sənsən deyərək pulu götürür”.
Elvin Əhmədov
www.oxu.az