Ukraynanın Milli Teleradio Şirkəti (UMTŞ) noyabrın 30-da Kiyevdə keçiriləcək “Uşaq Eurovision-2013” müsabiqəsinin iştirakçısı olan ölkələrin siyahısını bəyan edib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, bu ilki müsabiqədə San-Marino ilk dəfə çıxış edəcək, Malta və Makedoniya isə müsabiqəyə qayıdırlar.
Müsabiqədə 12 ölkə iştirak edəcək: Azərbaycan, Belarus, Makedoniya, Gürcüstan, Malta, Moldova, Niderland, Rusiya, San-Marino, İsveç, Ukrayna və Ermənistan.
Ukrayna artıq ikinci dəfə bu müsabiqəyə ev sahibliyi edəcək. Müsabiqə “Ukrayna” Milli İncəsənət Sarayında təşkil olunacaq.
“Uşaq Eurovision-2013” müsabiqəsi özündə yeni qabiliyyət axtarmağa və yeni istedadları inkişaf etdirməyə çağıran “Be Creative” (“Yaradıcı ol”) devizi altında keçiriləcək.