“Günəşin qızları” serialında canlandırdığı Selin xarakteri ilə məşhurlaşan Hande Erçeldən xəbər var.
Oxu.Az-ın Qafqazinfo-ya istinadla məlumatına görə, gənc aktrisa 2012-ci ildə Azərbaycanda təşkil edilən “Miss Cilivaliton of the World” gözəllik yarışmasında ikinci olduğunu bildirib:
“Model olmaq tamamilə gənclik həvəsi idi. Zaman- zaman bunun qarşıma çıxması da açıqcası xoşuma getmir. Çünki mənim hekayəmdə, həyat yolumda modellik etməyim vacib məqam deyil. 2012-ci ildə Azərbaycanda təşkil edilən “Miss Cilivaliton of the World” gözəllik yarışmasında ikinci oldum. Lakin uşaqlıqdan bəri aktrisa olmaq istəyirdim. Valideynlərim də hər zaman qərarlarıma hörmətlə yanaşıb. Nəhayət, arzuma çatdım”.