“Xəzər” telekanalında canlı yayımlanan “5/5” verilişində studiyanı tüstü bürüyüb.
Yox, studiyada yanğın baş verməyib, sadəcə aparıcı “Zaur Kamal və müğənni Manaf Ağayev efirdə şou göstərmək qərarına gəliblər. Özü də “Kabab şou””...
Oxu.Az xəbər verir ki, Manaf Ağayev canlı yayımda kabab bişirib və nəticədə verilişin yayımlandığı pavilyonda göz-gözü görməyib. Studiyanı tüstü bürüyüb.
Beləliklə, Media Təqib Mərkəzinin YouTube kanalında yerləşdirdiyi həmin görüntüləri təqdim edirik.
Aytən Sadıqzadə
www.oxu.az