Gövhər Həsənzadə yeni rok qrupu yaradacaq.
Oxu.Az xəbər verir ki, ANS telekanalında yayımlanan “Salam, Azərbaycan” verilişinə müsahibə verən bəstəkar G.Həsənzadə gələcək yeniliklərindən söz açıb:
“Yaradacağım yeni qrup rok sahəsindəki sükuta son qoyacaq. Yeni yaranacaq rok qrupunun ölkəmizi xarici səfərlərdə lazımınca təmsil edəcəyini düşünürəm. Ola bilsin ki, Azərbaycanda da rok festivalı keçirək”.
Aytən Sadıqzadə
www.oxu.az