Noyabrın 30-dan start verilən “Best Model of the World 2014” beynəlxalq model müsabiqəsində iştirak etmək üçün təmsilçilərimiz və yarışmanın Azərbaycan üzrə direktoru, tanınmış təşkilatçı Aqil Məmiyev İstanbula yola düşüblər.
Oxu.Az-a verilən məlumata görə, “Best Model of the World-2014”ə qatılan 17 yaşlı modellərimiz Heydər İsgəndərov və Sima Şərafətdinova artıq hazırlıqlara başlayıblar. Təşkilatçının sözlərinə görə, müsabiqənin prezidenti Erkan Özərman təmsilçilərimizi bəyənib.
Promo-aksiyalar və kamp vaxtı finala kimi 10 gün ərzində davam edəcək.
Aytən Sadıqzadə