Cazibədar aparıcı Publika.Az-a açıqlamasında bildirib ki, Kral Tv Genel Yayın müdiri və “Mehmetin Gezegeni” proqramının aparıcısı Mehmet Akbayın qonağı olub.
Aparıcımızı Türkiyədə çox gözəl qarşılayıblar və Kral Tv-də yayımlanan verilişlərin necə hazırlanması ilə tanış ediblər.
“Radio və tv proqlarımı canlı izlədim. Kral tv-də olan tv texnika avadanlıqlarının, hətta Avropa kanallarında olmadığını söylədilər. Avroviziya təmsilçimiz Fərid Məmmədovu çox sevdiklərini deyiblər. Azərbaycana olan sevgilərindən də danışıblar. Təkcə Kral Tv-də 2500-dən çox işçi çalışır”.
Azərbaycanlı teleaprıcıya orada işləmək də təklif edilib. Amma indiki şərtlərdə orada yaşaya bilmədiyini deyib. Yaxın gələcəkdə isə bu təklif barədə düşünəcək.
www.publika.az
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin