Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanın səsi” layihəsi ilə bağlı mətbuat konfransı keçirilib.
Oxu.Az-ın məlumatına görə, tədbirdə verilişin aparıcıları Günay Firudinqızı və Fizzə İsmayılova, jüri heyəti- müğənni Nadir Qafarzadə, əməkdar artist Elza Seyidcahan jurnalistləri salamlayaraq müsabiqə ilə bağlı fikirlərini bölüşüblər.
Konfransda qeyd olunub ki, müsabiqənin qalibi olacaq iştirakçı bu il ölkəmizi “Turkvision” mahnı müsabiqəsində təmsil edəcək.
Layihənin münsifi Elza Seyidcahan iştirakçılarla duet oxuyacağını da söyləyib.Digər münsif Nadir Qafarzadə isə iştirakçılar arasında bu müsabiqədə Azərbaycanı təmsil etməyə layiqli ifaçılar olduğunu vurğulayıb.
Məlumat üçün bildirək ki, builki “Turkvision” mahnı müsabiqəsi Kazanda keçiriləcək. Ötən il Eskişəhərdə baş tutan yarışmada azərbaycanlı iştirakçı Fərid Həsənov qalib gəlmişdi.
“Azərbaycanın səsi” layihəsi isə hər həftənin cümə axşamı saat 21:00-da ATV-də yayımlanır.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az