“America's Got Talent” yarışmasının azərbaycanlı iştirakçısı Üzeyir Novruzov səhnədə yıxılıb.
Oxu.Az xəbər verir ki, öz istedadı ilə amerikalıların qəlbini fəth etməyi bacaran Novruzov ötəngünki çıxışı zamanı qəflətən müvazinətini itirərək nərdivandan yerə yıxılıb.
Xoşbəxtlikdən həmyerlimiz ciddi xəsarət almayıb.