Türkiyədə fəaliyyət göstərən tanınmış azərbaycanlı dizayner Rüfət İsmayıl özünəməxsus hazırladığı Afffair brendinə aid çimərlik geyimlərini nümayiş etdirib.
Oxu.Az-ın məlumatına görə, həmin geyimləri R.İsmayılla birgə Əli Bəxtiyarov hazırlayıb. Dizaynerin sözlərinə görə, Afffair kişi çimərlik geyimləri idman üslubundadır.
Onu da əlavə edək ki, dünyanın tanınmış modelləri Afffair çimərlik geyimlərində fotokameralar önünə keçərək, fotosessiya etdiriblər. Onların sırasında tanınmış modellər İşa Blaker və Simon Adde də yer alıb.
Qeyd edək ki, azərbaycanlı dizayner R.İsmayıl Ötən aylarda Milanda, Florensiyada keçirilən Dəb Həftəsində, Dubayda moda nümayişində iştirak edib.
Aytən Sadıqzadə
www.oxu.az