Azərbaycanlı model Əli Zahirli bu il Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçirilən “Mister İnternational - 2015” beynəlxalq müsabiqədə iştirak edib.
Oxu.Az-a bu haqda məlumatı təşkilatçı Aqil Məmiyev verib. O bildirib ki, Əli Zahirli yarışmada milli geyimə görə ilk beşliyə düşərək “Best National Costume” tituluna layiq görülüb:
“Müsabiqənin qalibi Fillipin olub. Jüri heyətində daha bir azərbaycanlı World Beauty Congress-in prezidenti Zamir Hüseynov da yer almışdı. Əli Zahirli hal-hazırda Türkiyədə yeni çəkiləcək filmin kastinqindən keçərək filmin ilk çəkilişlərinə hazırlaşır. Ekran işi melodrama janrında çəkiləcək”.
Aytən Sadıqzadə
www.oxu.az