Gənc azərbaycanlı caz ifaçısı Orxan Ağayev BBC teleşirkətindən “The Voice” şousunda dinləmə üçün rəsmi dəvət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Orxan Facebook səhifəsində yazı paylaşıb.
Qeyd edək ki, Orxan artıq neçə ildir ki, caz ilə məşğuldur. O, Beynəlxalq əlaqələr ixtisası üzrə təhsil alıb. Eləcə də Amerikada musiqi təhsili almaq istəyir və caz dünyasını daha da dərindən öyrənmək istəyir.
Həmvətənimizi təbrik edir və ona uğurlar arzulayırıq!