Xəbər verdiyimiz kimi noyabrın 9-da Pekində “Miss Tourisim Queen 2015” beynəlxalq model müsabiqəsinin finalı keçiriləcək.
Oxu.Az-a bu haqda məlumatı müsabiqənin milli direktoru, tanınmış təşkilatçı Aqil Məmiyev verib.
Onun sözlərinə görə, “Miss Tourisim Queen 2015” müsabiqəsində ölkəmizi təmsil edən 19 yaşlı model Emilya Sultan 5 gündür ki, Çinin paytaxtındadır.
Müsabiqənin milli geyim gecəsində Azərbaycan vəTatarıstan təmsilçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilovanın geyimlərini nümayiş etdirəcəklər.
Xatırladaq ki, “Miss Tourisim Queen 2015” müsabiqəsində dünyanın 70-ə qədər ölkəsindən qızlar iştirak edir.
Aytən Sadıqzadə
www.oxu.az