Türkiyənin İstanbul şəhərində “Mercedes Benz Fashion Week” keçirilir.
Oxu.Az xəbər verir ki, moda həftəsi çərçivəsində “Best model of Azerbaijan – 2010” Azər Atakişiyev də səhnədə yer alıb. O, modelyer Öndər Özkanın “Yaz-yay 2015” kolleksiyasından geyimlər nümayiş etdirib.
Qeyd edək ki, bir-birindən rəngli dəfilələrlə davam edən tədbirdə modelyerlər Tanju Babacan, İpək Arnas, Səlim Baklacı, Merve Bayındır, Simay Bülbül, Zeynep Tosun yeni dizaynlarını təqdim ediblər. Nümayişdə Türkiyənin tanınmış modellərindən Tülin Şahin, Ebru Öztürk, Wilma Elles də podiuma çıxıb.
Moda nümayişini izləməyə gələnlər arasında Türkiyənin məşhur simaları da yer alıb.
Dəb nümayişinin birinci və ikinci günündən fotoları təqdim edirik:
Aytən Sadıqzadə
www.oxu.az