Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva oğlunun ad gününü qeyd edir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, türkiyəli məşhur aktyor Tolqa Karellə evli olan azərbaycanlı model Günay Musayeva sosial şəbəkədə oğlu Cihangirlə birlikdə fotoşəkilini yayımlayıb.
Bu gün oğlu Cihangirin 2-ci ad günü sevincini yaşayan xanım Musayeva övladının yaxşı ki, dünyaya gəldiyini, onu çox sevdiyini yazıb.
Qeyd edək ki, azərbaycanlı model Günay Musayeva “Best Model of the World” müsabiqəsi ikincisidir. O, həyat yoldaşı Tolqa Karellə də ilk dəfə müsabiqədən sonra bir yerdə görüntülənmiş, Tolqa Karel qısa müddət ərzində ona evlilik təklifi edib.
