Tanınmış prodüser Kamal Cenk İçtən və model Minarə Allahverdiyevanın toyu oldu.
www.Gecce.az-ın məlumatına görə, şəhər restoranlarından birində keçirilən toy mərasimində bir sıra tanınmış simalar da iştirak edib.
Onu da deyək ki, toyda əməkdar artist Elza Seyidcahan, Ədalət Şükürov, müğənni Emil Bədəlov, Səidə Dadaşova, Yaşar, rejissor Kənan M.M və digər tanınmışlar iştirak ediblər.
Məlumat üçün bildirək ki, bu, Minarə və Cenkin ikinci evliliyidir. Minarənin ilk evliliyindən bir qızı da var.
Cütlük toy mərasimindən sonra, Türkiyəyə köçüb orada yaşayacaq.




